"Mançester Siti" klublararası dünya çempionatının qrup mərhələsində 100 faizlik nəticə göstərib.

Offsideplus.az xəbər verir ki, Xosep Qvardiolanın yetirmələri bir neçə dəqiqə öncə başa çatan oyunda "Yuventus"u darmdağın ediblər.

Matçda xüsusilə Savinyonun fantastik qolu diqqət çəkib.

Qrupun formal xarakter daşıyan digər qarşılaşmasında "Əl-Ayn" qələbəyə sevinib.

G qrupu

"Yuventus" - "Mançester Siti" 2:5

"Vidad" - "Əl-Ayn" 1:2

                             O Q H  M   T   X

1. "Mançester Siti"3  3  0  0 13-2 9

2. "Yuventus"        3  2  0  1 11-6  6

3. "Əl-Ayn"            3  1  0  2  2-12 3

4. "Vidad"              3  0  0  3  2-8  0