AZ

Kamçatkada yalnız bir gün boşanma ərizləri qəbul edilməyəcək

BAKI, 27 iyun. TELEQRAF

Kamçatkada (Rusiya) yerli hökumət iyulun 8-də boşanmanın ərizələrini qəbul etməyəck.

Teleqraf xəbər verir ki, bu barədə yerli Mülki Qeydiyyat və Arxiv İşləri Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunduğu kimi, 8 iyul - sevgi və evliliyin himayədarları olan müqəddəslər Pyotr və Fevroniya günü Rusiyada Ailə, Sevgi və Sədaqət rəmzi kimi qeyd olunur. Bu simvol Rusiya Federasiyası Prezidentinin 28 iyun 2022-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

Qurumdan bildiriblər: "8 iyul 2025-ci ildə Kamçatka diyarının Vətəndaşlıq Qeydiyyatı İdarələri boşanmanın dövlət qeydiyyatına alınması üçün ərizələri qəbul etməyəcək".

Həmçinin Kamçatkada Ailə, Sevgi və Sədaqət Günündə spirtli içkilərin satışı məhdudlaşdırılacaq, onu yalnız bar və restoranlarda almaq mümkün olacaq.

Seçilən
75
teleqraf.com

1Mənbələr