AZ

Alim Qasımov onu tənqid edənlərə cavab verdi

"Bu qədər muğam oxumuşam, onun haqqında danışmırlar. Amma ağlıma gələn iki kəlmə sözü dediyimə görə qarğış edirlər, söyüş söyürlər".

 

Bunu Baku TV-yə açıqlamasında Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsindən sonra onu tənqid edənlərə cavabında deyib.

 

Heç vaxt peşman olmadığını söyləyən xanəndə sözlərinə əlavə edib: "Təbim gələndə deyirəm. Kiminsə xoşuna gəlib-gəlməyəcəyini fikirləşmirəm. Gələcəkdə rep və muğam sintezli layihəm də olacaq".

 

Daha ətraflı süjetdə:

Seçilən
9
6
senzor.az

7Mənbələr