Azərbaycanlı müttəfiqlərimizlə birgə gənc elm adamlarına doktorantura dissertasiyası və sonrakı mərhələlər üçün birgə dəstək veririk.
Bunu “Report”un Türkiyə bürosuna Türkiyə Elmlər Akademiyasının (TÜBA) rəhbəri professor Müzeffer Şeker Ankara Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyilə əlaqədar keçirilmiş tədbirdən sonra deyib.
TÜBA prezidenti qeyd edib ki, gənc nəsillər arasından yüksək səviyyəli və xüsusiyyətli insanlar yetişdirmək üçün hər iki ölkənin ortaq fəaliyyətləri davam edir:
“Biz bu prosesləri yay məktəbləri çərçivəsində icra edirik və bu fəaliyyətlərimizi genişləndirəcəyik”.