AZ

Nəsli təhlükədə olan vəhşi pişik fotokameraya tuş gəldi - FOTO

Türkiyənin Bursa şəhərində nəsli tükənməkdə olan vəhşi pişik (Felis silvestris) fotokapana düşüb. Doğa Qoruma və Milli Parklar Baş İdarəsi həmin görüntüləri "Müşahidə sona çatdı, təhlükə yoxdur. İndi istirahət vaxtıdır." ifadəsi ilə sosial mediada yayımlayıb.

Görüntülərdə vəhşi pişiyin ətrafı müşahidə edib təhlükə olmadığını anlayaraq kölgədə uzandığı və sonra günəşin altında oynadığı anlar əks olunub. Uzun, qalın və qara halqalı quyruğu ilə ev pişiklərindən fərqlənən bu növ, Avropa, Afrika və Asiyanın bəzi hissələrində təbii şəkildə yaşayır və ev pişiklərinin atası sayılır.
Seçilən
24
1
sherg.az

2Mənbələr