AZ

Yardımlıda 1,6 ton narkotik bitki məhv edilib

Yardımlıda 9200 ədəd xaşxaş kolu məhv edilib.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib. Məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

Seçilən
49
20
apa.az

10Mənbələr