AZ

FHN"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş partlayışla bağlı daha bir açıqlama yaydı

Bakı. Trend:

Xəbər verildiyi kimi, ötən gecə Cəfər Cabbarlı adına"Azərbaycanfilm" kinostudiyasının ərazisində kinofilmçəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılantikilidə partlayış nəticəsində yaranmış yanğın Fövqəladə HallarNazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaztədbirlər sayəsində qısa müddətdə söndürülüb.

Partlayış nəticəsində ümumi sahəsi 200 m² olan birmərtəbəlitikilinin konstruksiyaları dağılıb.

Taxta qutularda yığılan digər pirotexniki vasitələr, 3 ədədpropan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizəolunub.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindənaraşdırılır.

Seçilən
12
26
az.trend.az

2Mənbələr