AZ

Qazaxda taxta sexi yandı

BAKI, 27 iyun. TELEQRAF

Qazax rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Qazax rayonunun Hüseynbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta sexinin yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd pəncərə çərçivəsi qismən yanıb.

Sexin qalan hissəsi, dəzgah və taxta materiallar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
45
1
teleqraf.com

4Mənbələr