AZ

Premyer Liqa klubu Bakıda qalır, Sumqayıtda başlayır, Ağsuya “köçür”

Premyer Liqada çıxış edəcək “İmişli” klubu növbəti mövsüm üçün hazırlıqları davam etdirir. Komanda baş məşqçi və heyətlə bağlı çalışmalarla yanaşı, ev oyunlarını  keçirmək üçün məkan axtarışındadır.

İmişli klubunun mövsüm ərzində Bakıda məskunlaşacağı dəqiqdir. Bölgə təmsilçisi məşqlərini “Liv Bona Dea Arena”da keçirəcək və komanda burara qalacaq. Ev oyunlarının keçirilməsi nəzərdə tutulan  Ağsu şəhər stadionunda isə təmir işlərinə start verilir. Arenanın mövsümün startına qədər hazır olmama ehtimalı var.

Bu səbəbdən də rəhbərlik bir dönəm “Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nı nəzərdən keçirir. Komanda yeni mövsümdə rəqiblərini müvəqqəti olaraq bu stadionda qəbul edə bilər. Artıq bununla bağlı çalışmalar başlanıb. 

Ağsudakı arenanın Premyer Liqa səviyyəsinə gətirilməsinin ardından isə İmişli təmsilçisi ev oyunlarını bu bölgədə keçirəcək.

İdmanxeber.az 

Seçilən
36
1
idmanxeber.az

2Mənbələr