İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, Kristian Eriksen komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.
Qeyd edək ki, Danimarka millisinin üzvü "Yunayted"in heyətində çıxış etdiyi 107 rəsmi matçda 8 qol və 19 assistlə yadda qalıb.
"Venesiya" ilə aşağı liqaya düşdü, Seriya A klubuna baş məşqçi təyin edildi
Braziliya klubu "Yuventus"un təklifini rədd edib
Dembele "İnter Mayami" ilə oyuna çıxacaq
Hakan Çalhanoğlu zədələnib
"Yunayted" futbolçusunu 47 milyon avroya satmaq istəyir