AZ

II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - Yenilənib

Ermənistan Milli Təhlküəsizlik Xidmətinin (MTX) əməliyyat keçirdiyi bütün ermənilərin katolikosunun Eçmiədzindəki iqamətgahının həyətində polislər və keşişlər arasında dava baş verib...

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, daha əvvəl maskalı xüsusi təyinatlılar iqamətgaha daxil olub. Keşişlər əməliyyata mane olmağa çalışırlar.

***

Bu gün səhər saatlarında 30-a yaxın naməlum maskalı şəxs Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın iqamətgahına soxulub.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə vəkil Miqran Poqosyan sosial şəbəkələrdə məlumat verib.

Arxiyepiskop təsdiqləyib ki, onun iqamətgahına soxulma cəhdi həqiqətən olub, lakin həmin vaxt o, iqamətgahda olmayıb.

Daha əvvəl arxiyepiskop Acapaxyana qarşı hakimiyyəti ələ keçirməyə açıq çağırışla bağlı cinayət işi açılmışdı.

Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat verib. Hərəkatın lideri Baqrat Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar məhkəmənin qərarı ilə həbs ediliblər.

poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr