Artıq Aralıq dənizi sahillərində yerləşən Adana və Mersin şəhərlərinə birbaşa uçuşlar mümkün olacaq.
Bu barədə Musavat.com-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Yeni açılan marşrut çərçivəsində səyahətçilər birbaşa Çukurova Beynəlxalq Aeroportuna çatdırılacaq.
Birbaşa reyslər həftədə iki dəfə — cümə axşamı və bazar günü həyata keçirilir. Bu, istər istirahət, istərsə də işgüzar səfərlər üçün bölgəyə rahat və sürətli nəqliyyat imkanı yaradır.
Daha ətraflı videoda:
Musavat.com