Dünyanın ən varlı üçüncü insanı olan “Amazon”nun qurucusu Ceff Bezos və tanınmış jurnalist Lauren Sançezin toy mərasimi dünya mediasında böyük maraqla izlənilir.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, mərasimin ümumi dəyərinin 20 milyon dollar olduğu bildirilir.
Gəlinin gəlinliyi və digər geyimlərinin ümumi dəyəri 1.5 milyon dollar, bəzək və gül kompozisiyalarının isə 1 milyon dollar olduğu qeyd olunur. Toya dünyanın müxtəlif yerlərindən gələn qonaqlar üçün 90 xüsusi təyyarə istifadə olunub.
Tədbirin təşkilatçılarına ödənilən məbləğ 3 milyon dollar, yemək və içkilərin ümumi xərci isə 1 milyon dollar təşkil edir.
Həmidə İbrahimova