AZ

Rusiya gecə Ukraynaya 363 PUA və 8 raket atıb

Rusiya ordusu Ukraynaya 363 pilotsuz təyyarə və 8 raket atıb.

AzPostun məlumaına görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukrayna ordusunun məlumatına görə, Rusiya pilotsuz təyyarələrdən əlavə iki ballistik raketdən və altı “Kalibr” qanadlı raketindən istifadə edib.

211 PUA  vurulub, daha 148 pilotsuz təyyarə  elektron müharibə sistemləri tərəfindən sıradan çıxarılıb. Ukrayna Silahlı Qüvvələrinin iddiasına görə, “Kalibr” raketləri də vurulub.

Rusiyanın 6 pilotsuz təyyarəsi Zaporojyeyə hücum edib. Zaporojye hərbi dairəsinin rəhbəri İvan Fyodorov sənaye müəssisəsinin və qaraj kooperativinin binasına ziyan dəydiyini yazıb.

Kiyev bölgəsi də hücuma məruz qalıb. Boryspol və Fastiv rayonlarında fərdi evlərə, Belotserkovskidə – təkər sexinə və beş avtomobilə ziyan dəyib. Fastovski rayonunda bir nəfər xəsarət alıb.

AzPost.az

Seçilən
16
1
azpost.info

2Mənbələr