AZ

Aİ-dən ABŞ ilə ticarət sazişi mesajı: "Yeni təklif aldıq"

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının gömrük tarifləri ilə bağlı müzakirələr üçün ABŞ-dan son təklifini aldığını bildirib. Lakin Vaşinqtonun bu təklif çərçivəsində irəli sürdüyü konkret tələblər açıqlanmayıb.

Valyuta.az xəbər verir ki, Brüsseldə keçirilən Aİ sammitindən sonra mümkün ABŞ-Aİ ticarət razılaşması barədə jurnalistlərin suallarını cavablandıran fon der Leyen "Bütün variantlar masadadır" deyib.

ABŞ-ın yeni təklifinə dair "Hazırda dəyərləndiririk" deyən fon der Leyen əlavə edib: "Bugünkü mesajımız açıqdır: Biz razılaşmaya hazırıq. Eyni zamanda, qənaətbəxş bir sazişin əldə olunmaması ehtimalına qarşı da hazırlıqlı olmalıyıq. Lazım gəldikdə, Avropanın maraqlarını qoruyacağıq".

ABŞ prezidenti Donald Trampın Aİ və digər ölkələrə gömrük tariflərinin aşağı salınmasına dair razılığa gəlmələri üçün verdiyi 9 iyul tarixi sürətlə yaxınlaşır.

Fransa prezidenti Emmanuel Makron isə cümə axşamı jurnalistlərə açıqlamasında ölkəsinin ABŞ ilə sürətli və praqmatik bir ticarət razılaşması istədiyini, lakin balanssız şərtləri qəbul etməyəcəklərini bildirib.

Paşa Məmmədli

Seçilən
19
valyuta.az

1Mənbələr