AZ

Maşında sərnişin və uşaqları bu qaydada daşıyın - DYP-dən XƏBƏRDARLIQ - FOTO

"Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər və sərnişinlər tərəfindən sərnişindaşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir”. Bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a daxil olan açıqlamada yer alıb. Qeyd olunub ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin damındakı lyukdan və pəncərədən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəinki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hall mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır: “Unutmayın sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildəki hər kəsin təhlükəsizlik kəmərini bağladığına əmin olmaq lazımdır. Eyni zamanda azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında və müvafiq təhlükəsizlik qurğularında daşınmalıdır.

Unutmayın – avtomobil hərəkətdə olarkən ayaqüstə durmaq, lyukdan və ya pəncərədən bədənlərini çıxarmaq qadağandır.

Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək, ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək”.

FOTO QALEREYA
Seçilən
11
14
avtosfer.az

10Mənbələr