AZ

Spirtli içkilər bu xəstəlik riskini əhəmiyyətli dərəcədə artırır

Bakı. Trend

Alkoqoldan həddən artıq istifadə beyinin ciddi zədələnməsi vəAlzheymer xəstəliyi riskini artırır. Belə bir nəticəyə San-PauluUniversitetindən olan tədqiqatçılar gəlib. Onlar tədqiqatıngedişində, 1781 autopsiya (meyit yarılması) və ölənlərinqohumlarının onların spirtli içki qəbulu ilə bağlı təqdim etdiyitarixçə məlumatlarından istifadə ediblər.

Trend xəbər verirki, tədqiqatın nəticələri “Neurology” nəşrində dərc olunub.

Tədqiqat göstərib ki, müntəzəm spirtli içki qəbul edəninsanlarda beyin damarlarının zədələnmə riski içməyənlərləmüqayisədə 133 faiz daha yüksəkdir. Hətta sonradan spirtli içkiqəbulunu dayandıranlarda belə bu risk yüksək olaraq qalıb (89faiz).

Hətta spirtin mülayim istehlakı da fəsadsız ötüşməyib: spirtliiçkidən az istifadə edən şəxslərdə belə bir riskin 60 faizcivarında olduğu deyilir.

Bundan əlavə, spirtli içkilərdən tez-tez istifadə edəninsanlarda Alzheimer xəstəliyinin əsas göstəricilərindən biri hesabolunan teta zülalların (tau-proteinlərin) yaranma ehtimalı içkiqəbul etməyənlərlə müqayisədə 41 faiz daha yüksək olub. İçkinitərgidənlərdə bu risk 31 faiz artımla müşahidə olunub. Araşdırma,həmçinin, göstərib ki, belə insanlar orta hesabla 13 il daha tezvəfat edirlər.

Məqalədə:
Seçilən
58
7
az.trend.az

8Mənbələr