Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"İran Zəngəzur dəhlizini öz təhlükəsizliyi və regional mövqeyi üçün ciddi risk hesab edir".
BAKU.WS xəbər verir ki, bu fikri "Analitik Baxış" verilişində siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib.
Siyasi şərhçinin fikrincə, İran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək.
"İsrail-İran müharibəsində Türkiyə və Azərbaycanın tutduğu mövqe, həmçinin İranın zəifləməsi Azərbaycan və Türkiyənin bu istiqamətdə güclü siyasi iradə ortaya qoymasına səbəb olacaq. Onlar İranın təhdidlərindən geri çəkilməyəcəklər", - deyə M.Əsədullazadə əlavə edib.
Siyasi şərhçi Vüsal Məmmədov isə bildirir ki, Azərbaycanın regional siyasətdə iki əsas missiyası var: Zəngəzur dəhlizinin açılmasına nail olmaq və Ermənistanda radikal militarist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq. Onun sözlərinə görə, bu iki məsələ İranın iştirakı ilə həll oluna bilər.
"Güney Qafqazda müstəqil və güclü Azərbaycanın mövcudluğu İranın xeyrinədir. Buna görə də İranın Azərbaycanın güclənməsinə dəstək verməməsi üçün bir səbəb yoxdur", - deyə V.Məmmədov vurğulayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.