AZ

Ermənistanda din xadimləri ilə hüquq mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Tbilisi, 27 iyun, AZƏRTAC

Ermənistanın Şirak bölgəsində gərginlik daha da artıb. Artıq hüquq-mühafizə orqanları əməkdaşları ilə din xadimləri arasında qarşıdurma yaranıb.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, Eçmiədzində insanlar girişi bağlayıblar.

Kafedralın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında əlbəyaxa dava yaşanıb. Bütün ermənilərin katolikosu II Qaragen də hadisə yerinə gəlib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) xüsusi təyinatlıları II Qaragenin müşayiəti ilə arxiyepiskop Mikayel Ajapaxyanı kafedraldan çıxarıblar.

Etirazçılar Mikayel Ajapaxyanın aparılmasına mane olmağa çalışırlar. Arxiyepiskop onu aparmaq üçün gələn avtomobilə yaxınlaşarkən, əraziyə toplaşanlar buna imkan verməyiblər və o, katolikosla birlikdə kafedrala qayıdıb.

Hazırda vəziyyət gərgin olaraq qalır və hüquq-mühafizə orqanları əməkdaşları etirazçıları dağılışmağa dəvət edirlər. Lakin vəziyyət gərgin olaraq qalır.

Hadisə yerinə polis qüvvələri və “qırmızı beretlilər” gəliblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
azertag.az

1Mənbələr