AZ

Xüsusi təyinatlılar Eçmiədzin ərazisini tərk edib, arxiyepiskop Mikael Ajapakhyan gizlənməməyə çağırılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti və polis Eçmiədzin ərazisini tərk edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Qeyd olunub ki, bu gün arxiyepiskop Mikael Ajapaxyanın saxlanması haqqında qərarın icrası zamanı Eçmiədzin ərazisində vətəndaşların toplanması qeydə alınıb.

Milli Təhlükəsizlik Xidməti və polis vəziyyətin qəsdən gərginləşməsinin qarşısının alınması üçün ərazini tərk etmək qərarına gəlib.

MTX vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və hüquq-mühafizə orqanlarının qanuni qərarlarının icrasına mane olmamağa, arxiyepiskop Mikael Ajapaxyanı isə hüquq-mühafizə orqanlarından gizlənməməyə çağırıb.

Seçilən
18
2
apa.az

3Mənbələr