AZ

Axund qalmaqalı böyüyür: Günahkar kimdir? – İki quruma işarə

Abşeronda axundun 16 yaşlı qızı qaçırması bir sıra məsələləri yenidən gündəmə gətirib. Bildirilir ki, ölkədə mollalara, axundlara, digər dini xadimlərə nəzarət funksiyası zəifdir. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi qurumların bu cür hadisələrə reaksiya verməməsi rezonans doğurub. Qeyd olunur ki, din xadimləri üzərində real nəzarət mexanizmi ya mövcud deyil, ya da kifayət qədər işlək deyil. Bu da dini vəzifə daşıyan şəxslərin istismar, sui-istifadə və ya qanun pozuntusuna yol vermə riskini artırır.

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, müvafiq icra hakimiyyəti orqanı, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  bu prosesləri tənzimləmə funksiyası var:

“Bu cür insidentlərə münasibət bildirilir, tədbirlər görülür. Ümumiyyətlə, bu məsələləri kriminal sferaya aid etməyə çalışmamalıyıq. Çünki bu, cəmiyyətin yanlış ənənələrindən qaynaqlanan bir təzahürdür. Amma konkret şəxslə bağlı qanunvericiliyə uyğun addımlar atılıbsa, artıq hansısa komitənin və ya dini idarənin reaksiyası mütləq deyil. İstənilən vətəndaş hansısa bir strukturda çalışdığı zaman inzibati xəta və ya cinayət əməli törədə bilər. Bunu əvvəlcədən proqnozlaşdırmaq mümkün olmur”.

Seçilən
70
editor.az

1Mənbələr