AZ

Pezeşkianın Ermənistana səfəri müzakirə edilir

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İrəvan və Tehran İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfərinin təşkili üçün müzakirələri davam etdirir. 

"Unikal" xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani açıqlayıb. 

"Hər iki tərəf İran prezidentinin Ermənistana səfərinin təşkili üzərində işləyir. Bu çətin şəraitdə belə mən Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdüm, prezidentimizin səfəri ilə bağlı məsələni müzakirə etdim və səfər çərçivəsində imzalana biləcək sənədlərin siyahısını da mübadilə etdik. 

Biz indi İran prezidenti üçün nəzərdə tutulan bütün proqramları nəzərdən keçiririk ki, imkan daxilində həmin səfəri yayda təşkil edək. Müharibə olsa da, olmasa da, həyat davam edir", - deyə səfir qeyd edib. 

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
unikal.az

1Mənbələr