AZ

“Qremio”nun futbolçusu “Qarabağ”ın təklifini rədd etdi

Braziliyanın “Qremio” klubunun yarımmüdafiəçisi Qabriel Silva “Qarabağ”ın maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, klublar arasında aparılan danışıqlar da müsbət nəticələnib.

Razılığa əsasən, 22 yaşlı pleymeykerin gələcəkdə “Qarabağ”dan başqa kluba transferi təqdirində əldə ediləcək məbləğin 25 faizi “Qremio”ya çatacaqdı. Braziliya klubu keçidə razılıq versə də, Silva özü Azərbaycan çempionuna “yox” cavabını verib. O, “Qremio”da qalmağı üstün tutub.

Lakin Braziliya klubunun məşqçi korpusu oyunçunu əsas heyətdə düşünmür. Bu səbəbdən Qabriel hazırda əvəzedici komandada məşq etməklə kifayətlənir.

Qeyd edək ki, Qabriel Silvanın “Qremio” ilə müqavilə müddəti ilin sonuna qədərdir.

Seçilən
60
47
msport.az

10Mənbələr