AZ

Qusarda turistləri daşıyan maşın aşdı - Yaralılar var

Qusar rayonunda yol qəzası baş verib.

"Unikal" "Report"a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan avtomobil rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
7
18
unikal.az

10Mənbələr