AZ

Stiv Solvet “Sabah”da - Rəsmi

Futbol üzrə Qvadelupa yığma komandasının mərkəz müdafiəçisi Stiv Solvet bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu “bayquşlar”la 2 illik müqavilə bağlayıb.

Stiv Solvet karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 15 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Sabah” daha öncə Akim Zedadkanı da transfer etmişdi. Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli isə icarədən qayıdıblar. Şakir Seyidov, Con İrasabal və Namiq Ələsgərov isə klubla yollarını ayırıb. Rəhman Daşdəmirov, Stas Pokatilov və Anatoli Nuriyev isə paytaxt klubu ilə yeni müqaviləyə imza atıb.

Seçilən
44
arena.az

1Mənbələr