AZ

Bakıda kinostudiyada PARTLAYIŞ – Araşdırma aparılır

Bakıda

Bakı, 27 iyun, Ulusum.azİyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində partlayış və yanğın hadisəsi baş verib. İlkin araşdırmalar nəticəsində müəyyən edilib ki, hadisə (partlayış) pirotexniki vasitələrin saxlandığı anbarda baş verib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayış nəticəsində birmərtəbəli tikili tamamilə dağılıb, kinostudiyanın inzibati binası və yaxınlıqdakı yaşayış evlərinə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən araşdırma aparılır. Ekspertizalar təyin edilib, prosessual hərəkətlər davam etdirilir. Faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.Rəxşəndə DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Təkcə Bezosun nişanlısı deyil... O, öz səmasında parlayan ulduzdur

NATO-nun baş katibi Trampı «ata» adlandırdı

İran uranı zənginləşdirməkdən imtina etsə, $30 milyard ala bilər

Seçilən
28
ulusum.az

1Mənbələr