ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
1988-ci ildən etibarən Amerika "Vogue" jurnalına rəhbərlik edən Anna Vintur vəzifəsindən ayrılır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
26 iyun cümə axşamı günü Vintur redaksiya əməkdaşlarına bildirdib ki, "Vogue" yeni redaksiya məzmunu rəhbəri axtarışına başlayır. Bununla belə, o, "Conde Nast" şirkətinin baş məzmun direktoru və "Vogue" jurnalının qlobal redaktoru kimi fəaliyyətini davam etdirəcək və beynəlxalq buraxılışlara nəzarət edəcək.
"Conde Nast"ın baş məzmun direktoru kimi Anna Vintur şirkətin bütün brendlərinə - o cümlədən "Wired", "Vanity Fair", "GQ", "AD", "Conde Nast Traveler", "Glamour", "Bon Appetit", "Tatler", "The World of Interiors", "Allure" və digərlərinə (yalnız "The New Yorker" istisnadır, ona Deyvid Remnik rəhbərlik edir) kuratorluq edir.
Xatırladaq ki, Anna Vintur 1988-ci ildə "Vogue" jurnalının keçmiş baş redaktoru Qreys Mirabellanı əvəz edərək vəzifəyə təyin olunmuşdu.
2006-cı ildə ekranlara çıxan "Şeytan Prada geyinir" ("The Devil Wears Prada") filmindəki Miranda Pristli obrazı məhz onun prototipi əsasında yaradılıb və bu film "buz kimi soyuq" redaktor obrazını daha da möhkəmləndirib.
Onun rəhbərliyi ilə "Met Gala" qlobal moda qalereyasına çevrilib, "CFDA/Vogue Fashion Fund" isə onlarla gənc dizaynerə dəstək verib.
Vintur həmçinin 2017-ci ildən Britaniya İmperiyası ordeninin "dama-komandor" tituluna malikdir və 2025-ci ildə ABŞ tərəfindən "Azadlıq medalı"na layiq görülüb.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.