AZ

“Mançester Siti” “Yuventus”la oyunda tarixi nailiyyətə imza atdı

2025-ci il FIFA Klub Dünya Kubokunun “Yuventus”la 3-cü tur qrup mərhələ oyununda 5:2 hesablı qələbə “Mançester Siti” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “şəhərlilər” XXI əsrdə və 1976-cı ildən bəri “Qoca sinyora” üzərində ilk dəfə qələbə qazanmağa müvvəffəq olublar.

Həmçinin “Mançester Siti” ilk dəfə olaraq “Yuventus”un qapısına bir oyunda 5 qol vura bilib. Buna qədər “şəhərlilər” “bynakoneri”nin qapısına bir oyunda yalnız bircə dəfə yol tapa bilmişdilər.

1976-cı ilin sentyabr ayında “Yuventus” UEFA Kubokunun 1-ci mərhələsi çərçivəsində “Mançester Siti” ilə tarixən ilk dəfə qarşılaşmış və səfərdə 0:1 heablı məğlubiyyətlə üzləşmişdi. Cavab oyununda Turin klubu 2:0 hesablı qələbə sayəsində “şəhərlilər”i mübarizdən kənarlaşdırmışdı. 2010-cu ildə komandalar Avropa Liqasının qrup mərhələsi çərçivəsində iki dəfə 1:1 hesablı heç-heçə oynamışdılar. Sonrakı üç oyunda “Yuventus” “şəhərlilər”i Çempionlar Liqasında məğlub etmişdi: 2015-ci ildə qrup mərhələ oyununda – səfərdə 2:1, evdə 1:0 və 2024-cü ildə evdə 2:0.

Göründüyü kimi, bir vaxtların “Yuventus”u indi heç özünə bənzəməyən aciz siması ilə klubun tarixi silsiləsini davam etdirə bilməyib.

Əlavə edək ki, “Mançester Siti” və “Yuventus” yarışın 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Ələmə mərhələsində “şəhərlilər” Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la qarşılaşacaqlar. “Qoca sinyora” isə İspaniya nəhəngi “Real”a “imtahan” verməli olacaq.

Seçilən
55
43
arena.az

10Mənbələr