AZ

"Napoli" qapıçısı ilə müqavilə yenilədi

"Napoli" qapıçısı Aleks Meret ilə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı Neapol təmsilçisinin rəsmi saytı yayıb.

2018-ci ildə son İtaliya çempionunun heyətində debüt edən, o vaxtdan bəri klubun forması ilə 212 matça çıxan futbolçu müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Xatırladaq ki, sözügedən qolkiper "Napoli" ilə 2 dəfə (2022/2023, 2024/2025) skudettonu qazanıb.

Nihat

Seçilən
43
fanat.az

1Mənbələr