Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.
Bu barədə aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:
"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.
Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.(report)