AZ

“Nyuells Old Boyz” Messiyə doğum günü hədiyyəsi etdi

“Nyuells Old Boyz” klubun məzunu, “İnter Mayami”nin 38 yaşlı argentinalı ulduzu, veteran hücumçu Lionle Messiyə hədiyyə edib.

Arena.az Argentina klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, klubun Rosarioda yerləşən doğma stadionu “Marselo Byelsa Stadionu”dakı (qeyri rəsmi adı: “El-Koloso-del-Parke”) yeni tribunaya “Leo”nun adı verilib.

Xatırladaq ki, stadionda klubun digər əfsanəsi, 1993-1994-cü illərdə “Nyuells Old Boyz” üçün çıxış etmiş Dieqo Maradonanın adına da tribuna var.

“Bu gün “Koloso” öz tarixinin yeni bir səhifəsini yazır. İlk dəfə olaraq futbol tarixinin iki böyük adı bir dam – bizim damımız altında olacaq”, – “Nyuells Old Boyz”un mətbuat xidməti paylaşıb.
Əlavə edək ki, bu, iyun ayının 24-də özünün doğum gününü qeyd etmiş Messiyə doğma klubu tərəfindən hədiyyə olaraq təqdim edilib.

Seçilən
7
arena.az

1Mənbələr