AZ

Ermənistanda kütləvi həbslər Eçmiədzinə də sıçradı - keşişlər xüsusi təyinatlılarla əlbəyaxa davaya çıxdı...


Ermənistanın Şirak bölgəsində gərginlik daha da artıb. Artıq hüquq-mühafizə orqanları əməkdaşları ilə din xadimləri arasında qarşıdurma yaranıb. Eçmiədzində insanlar girişi bağlayıblar.

Kafedralın həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə din xadimləri arasında əlbəyaxa dava yaşanıb. Bütün ermənilərin katolikosu II Qaragen də hadisə yerinə gəlib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTN) xüsusi təyinatlıları II Qaragenin müşayiəti ilə arxiyepiskop Mikayel Ajapaxyanı kafedraldan çıxarıblar.

Lakin etirazçılar Mikayel Ajapaxyanın aparılmasına mane olmağa çalışıblar. Arxiyepiskop onu aparmaq üçün gələn avtomobilə yaxınlaşarkən, əraziyə toplaşanlar buna imkan verməyiblər və o, katolikosla birlikdə kafedrala qayıdıb.

Eçmiədzində gərginliklə əlaqədar Ermənistanın Təhlükəsizlik xidməti əraziyə İrəvandan əlavə “qırmızı beretlilər” göndərib.

Kilsənin yerləşdiyi İsakov prospektində nəqliyyatın hərəkəti polis-patrul dəstələri tərəfindən məhdudlaşdırılıb.

Eçmiədzində güc strukturu əməkdaşları ilə ruhanilər arasında yaşanan qarşıdurmadan sonra Ermənistanın “Daşnaksütyun” partiyası müxalifət tərəfdarlarını Eçmiədzinə toplanmağa çağırıb.

Güc strukturlarının əməkdaşları katolikosun iqamətgahının qapılarını açaraq içəri daxil olmaq istəsələr də, dindarlar buna imkan verməyiblər. Bu zaman qarşıdurma baş verib və nəticədə güc strukturlarının əməkdaşları geri çəkiliblər.

Eçmiədzinə Ermənistan polisinin, xüsusi təyinatlı qüvvələrin və Milli Təhlükəsizlik Xidmətinin böyük qüvvələri cəlb edilib.

Sonradan Milli Təhlükəsizlik Xidməti qüvvələrini Eçmiədzində katolikosun iqamətgahından çıxardığını bildirib. Məlumata görə, arxiyepiskop Mikael Acapaxyanı ərazidən çıxarmaq üçün gətirilmiş xüsusi təyinatlılara məxsus avtomobil artıq Eçmiədzin kilsəsinin ərazisini tərk edib.

ZÜMRÜD

Seçilən
11
baki-xeber.com

1Mənbələr