"Napoli" klubu qapıçısı Aleks Meretlə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, italiyalı çərçivə qoruyucusu 2027-ci ilin yayına qədər Neapol təmsilçisində çıxış etməyə davam edəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Meret 2018-ci ildən "Napoli"də çıxış edir. 28 yaşlı qapıçı başa çatan mövsüm Neapol klubunun çempionluğunda önəmli rol oynayıb.

O, 34 oyunun 17-də qapısını toxunulmaz saxlamağı bacarıb.