İtaliyanın “Napoli” klubu qapıçısı Aleks Meret ilə müqavilə müddətini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İtaliyalı qolkiperlə sözləşmənin müddəti 2027-ci ilin yayına kimi artırılıb.
Meret 2018-ci ildən “Napoli”də çıxış edirdi.