AZ

“Napoli” Aleks Meretlə müqaviləsini yenilədi

“Napoli” rəhbərliyi “eşşəkciklər”in 28 yaşlı italyan əsas qapıçısı Aleks Meretlə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədəq qüvvədə olacaq.

Aleks Meret “Udineze”nin məzunudur. Qapıçı, 2016-2018-ci illərdə SPAL-da icarə əsasında oynayıb, 2018-ci ildə “Napoli”yə icarəyə verilib, 2019-cu ilin iyul ayında isə Neapol klubu Mereti tamhüquqlu əsasda satın alıb.

Meret geridə qalmış mövsümdə 35 oyuna çıxıb, 25 qol buraxıb, 18 oyunda qapısının toxunulmazlığını təmin edib.

Ümumilikdə Meret “eşşəkciklər” üçün 212 oyuna 226 qol “yeyib”, 73 oyundan “quru” qurtulub.

Aleks Meret 2019-cu ilin noyabr ayında debüt etdiyi İtaliya yığmasının heyətində 3 oyun keçirib, 2 qol buraxıb, 1 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Meretin qənimətlər muzeyində “Napoli” ilə qazandığı İtaliya çempionluğu (2022/2023, 2024/2025) və İtaliya Kuboku (2019/2020), həmçinin İtaliya yığması ilə qazandığı Avropa Çempionluğu (AÇ-2020) var.

“Transfermarkt” internet-portalı 28 yaşlı italyan qapıçı Aleks Meretin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
36
arena.az

1Mənbələr