AZ

Almağa dəyər 10 ən yaxşı hibrid krossover - SİYAHI

Regionda gərginliyin artması (İran və İsrail arasında - red.) təhlükəsiz nəqliyyat marşrutlarının vacibliyini bir daha nümayiş etdirdi.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən qlobal nəqliyyat dəhlizləri forumunda bildirib.

"Regionumuzdakı son gərginlik, Hörmüz boğazında və hava məkanında qeyri-müəyyənlik yeni və təhlükəsiz nəqliyyat marşrutlarının nə qədər dəyərli olduğunu bir daha xatırlatdı. Bu gün nəqliyyat imkanlarını inkişaf etdirən ölkələr təkcə cəmiyyətlərinin rifahına töhfə vermir, həm də onların mədəni və elmi inkişafını təşviq edir", - o bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə nəqliyyat və kommunikasiya infrastrukturuna təxminən 300 milyard dollar sərmayə qoyub və bu, ölkəyə 1 trilyon 65 milyard dollar gəlir gətirib.

Seçilən
19
avtosfer.az

1Mənbələr