AZ

David Alaba yenidən zədə aldı

İspaniya nəhəngi “Real”ın 33 yaşlı avstriyalı mərkəz müdafiəçisi David Alaba yenidən zədələnərək, qeyri-müəyyən müddətə sıradan çıxıb.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir:

“David Alabanın tibbi müayinəsindən sonra, onun sol ayağında baldırın ikibaşlı əzələsinin zədəsi müəyyənləşdirilib. Biz hadisələrin inkişafının intizarındayıq”, – “qaymaqlılar”ın mətbuat xidməti bildirib.

“Real” futbolçunun bərpasının müddətini rəsmən açıqlamasa da, kütləvi informasiya vasitələrində müvafiq müddətin bir ay olcağı haqda məlumat var.

Xatırladaq ki, daha əvvəl Alaba cari ilin fevral ayına qədər ayağının ötürücü əzələsinin qopmasından sonra bərpa mərhələsi keçirdi. Buna qədər, 2023-cü ilin dekabr ayından 2025-ci ilin yanvar ayına qədər Alaba dizin xaçvarı bağlarının qopmasından sonra uzun və çətin bərpa mərhələsi keçib. Sonuncu dəfə Alaba cari ilin aprel ayında sol dizinin daxili meniskinin qopması ilə üzləşmişdi.

David Alaba “Real”a 2021-ci ilin iyul ayında azad agent qismində “Bayern”dən keçib. Avstriyalı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Uzun müddət zədədən əziyyət çəkimiş Alaba cari mövsümdə Alaba “Real”ın heyətində bütün yarışlarda cəmi 14 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Alabanın “qaymaqlılar”ın heyətində çıxışının ümumi mənzərəsi 116 oyun, 5 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Alaba 2009-cu ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasının heyətində 107 oyuna çıxıb, 15 qol, 21 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 33 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
54
arena.az

1Mənbələr