AZ

Paris yaxınlığında təyyarə qəzası: 3 nəfər həlak olub

Musavat.com xəbər verir ki, Fransanın Şartr şəhəri yaxınlığında — Parisdən təxminən 100 kilometr aralıda — yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Hadisə nəticəsində təyyarədə olan 3 nəfərin həlak olduğu bildirilib. Məlumata görə, hava nəqliyyatı vasitəsi yaşayış massivinin yaxınlığına düşsə də, binalara çırpılmayıb və yerə çökərkən ətrafda əlavə dağıntıya səbəb olmayıb.

Qəzanın baş verdiyi əraziyə dərhal polis və fövqəladə xidmət əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanları hadisə yerini nəzarətə götürüb və insidentin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. 

 

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr