AZ

DİN sürücülərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.
ONN media xəbər verir ki, belə xəbərdarlıqla Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Hərəkət zamanı təhlükəsizlik kəməri mütləq bağlanmalıdır, uşaqlar yalnız xüsusi oturacaqda daşınmalıdır, lyukdan, pəncərədən bədən çıxarmaq qadağandır. Sürücü sərnişinin, xüsusilə uşaqların təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Qaydalara əməl edin, bir anlıq ehtiyatsızlıq ömürlük peşimanlıq olmasın”, - nazirlik rəsmisi qeyd edib
Seçilən
16
20
onn.az

10Mənbələr