AZ

Alaba bir ay yaşıl meydanlardan uzaq qala bilər

“Real” klubu müdafiəçisi David Alabanın zədələnməsi ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, tibbi müayinələrdən sonra Alabada sol ayağın baldır əzələsində zədə aşkarlanıb. Klub həkimləri hazırda 33 yaşlı futbolçunun vəziyyətini diqqətlə izləyir.

İspaniya mətbuatının iddiasına görə, avstriyalı futbolçu bu zədə səbəbindən təxminən bir ay meydanlardan kənar qala bilər.

Qeyd edək ki, David Alaba 2023-cü ilin dekabrından 2025-ci ilin yanvarına qədər ön çarpaz bağlarından zədə səbəbindən müalicə olunurdu. Fevral ayında isə müdafiəçi yan əzələsini zədələmişdi, apreldə isə meniskusu qopmuşdu. Ötən mövsümdə o, bütün turnirlərdə ümumilikdə 14 oyuna çıxıb.

Seçilən
64
90deqiqe.az

1Mənbələr