AZ

Füzulidə yanacaqdoldurma məntəqəsində qəza - FOTO

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Əhmədbəyli kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Belə ki, yanacaqdoldurma məntəqəsindən yola çıxan "Toyota Prado" markalı avtomobil məntəqəyə daxil olan VAZ markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

image

Seçilən
8
avtosfer.az

1Mənbələr