AZ

Rusiyadakı azərbaycanlılara polis hücumu - SƏBƏB AÇIQLANDI

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.

Məlumata görə, söhbət 2001-ci ildə diasporun iştirakı ilə baş vermiş qətldən
gedir.

Cinayət işi təzələnərək yenidən icraata götürülüb.

Azərbaycan-Ural təşkilatının rəhbəri Şahin Şıxlinski kütləvi həbslərlə bağlı iddialara belə münasibət bildirib:

"Bu barədə heç nə bilmirəm. Mən saxlanılmamışam".

Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Səfərov Ziyəddin Mehdi oğlu və qardaşı döyülərək öldürülüb.

Onlar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Seçilən
9
teleqraf.com

1Mənbələr