AZ

Meksikada 3,5 ton narkotik maddə daşıyan sualtı gəmini saxlandı

BAKI, 28 iyun. TELEQRAF

Meksika Hərbi Dəniz Qüvvələri narkotik alverçilərinə məxsus, göyərtəsində 42 milyon ABŞ dollarından çox dəyəri olan 3,5 ton kokain daşıyan sualtı gəmini saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsia Harfuş “X” sosial şəbəkəsində məlumat yayıb.

"Hərbi Dəniz Qüvvələri Nazirliyi Gerrero ştatı sahillərində göyərtəsində 3,5 tondan çox kokain olan yarımdalma gəmisini ələ keçirib. Üç xarici vətəndaş saxlanılıb. Təxminlərə görə, bu müsadirə mütəşəkkil cinayətkarlığa 800 milyon pesodan çox (cari məzənnə ilə 42,5 milyon ABŞ dolları - red.) iqtisadi ziyan vurub", - Harfuş yazıb.

O qeyd edib ki, Meksikada Prezident Klaudia Şeynbaumun hökumətinin vəzifəsinin icrasına başladığı 2024-cü ilin oktyabr ayından etibarən dənizdə keçirilən əməliyyatlar zamanı ümumilikdə 44,8 ton narkotik maddə müsadirə edilib.

"Bu narkotikin 7 milyondan çox dozasının küçələrə yol tapmasının qarşısı alınıb", - nazir əlavə edib.

Seçilən
47
teleqraf.com

1Mənbələr