AZ

Filippin sahillərində 6,1 maqnitudalı zəlzələ baş verdi

BAKI, 28 iyun. TELEQRAF

Filippin sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 679 min əhalisi olan General Santos şəhərindən (Mindanao adaları) 138 km şərqdə yerləşib. Ocaq yerin 102 km dərinliyində olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
104
50
teleqraf.com

10Mənbələr