AZ

21 yaşlı CEO-nun şirkətində yalnız iki tip işçi var - SƏHƏR OXUSU

21 yaşlı Chungin “Roy” Lee, “Cluely” adlı süni zəka startapının həmtəsisçisi və CEO-sudur.

Valyuta.az xəbər verir ki, Columbia Universitetində tələbə olarkən hazırladığı texniki alətə görə müvəqqəti olaraq qovulub, daha sonra bu ideyanı məhsula çevirərək “hər şeydə dələduzluq” şüarı ilə “Cluely” brendini yaradıb.

Şirkətdə yalnız iki tip işçi var – mühəndislər və sosial media influencerləri. Mühəndislər texniki işləri görür, influencerlər isə məhsulu sosial mediada viral etməklə məşğul olur. Komanda gündəlik 50 "TikTok" videosu paylaşaraq bir milyard baxış hədəfinə çatmağa çalışır.

Cluely aprel ayında 5.3 milyon dollar ilkin, iyunda isə Andreessen Horowitz və digər investorların iştirakı ilə 15 milyon dollar “Series A” investisiyası cəlb edib. Şirkətin dəyəri 120 milyon dollar səviyyəsində qiymətləndirilir. Aylıq 20 dollar abunə haqqı ilə illik 9.6 milyon dollarlıq gəlir hədəflənir.

"Cluely" aşağı istehsal xərcləri və sürətli böyümə ilə seçilir. Ayda təxminən 1 milyon dollar xərc (burn rate) ilə işləyən startap investorlar arasında yüksək çıxış potensialı ilə dəyərləndirilir. Eyni zamanda etik və hüquqi risklər mövcuddur.

Lee-nin sözlərinə görə, “seriöz startaplarda iş-həyat balansı yoxdur”. Komanda həm birlikdə yaşayır, həm də işləyir. 2000 nəfərlik after-party tədbirinin polis tərəfindən dayandırılması isə onların agresiv PR taktikasının nümunəsidir.

Mayya Hüseynova 

Seçilən
48
valyuta.az

1Mənbələr