AZ

Samuxda itkin düşən balıqçının meyiti tapılıb

Bakı. Trend:

Samux rayonunda 5 ay əvvəl itkin düşən balıqçının meyititapılıb.

Trend xəbər verir ki, Samuxrayonunun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayılŞubliyevin meyiti Kür çayının rayon ərazisindən keçən hissəsindəaşkar edilib.

Xatırladaq ki, bu ilin fevral ayında Samux rayonu, Seyidlər kəndsakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev və Şəmkir rayonsakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov Kür çayında balıqtutarkən itkin düşmüşdülər. Hadisədən sonra Müşfiq İsmayılovunmeyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Seçilən
12
11
az.trend.az

4Mənbələr