AZ

Azərbaycan klubu Kolumbiyadan mütəxəssis gətirdi

"Gəncə" voleybol klubu kolumbiyalı statistik Marta Karrilyo ilə müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Voleybol üzrə ixtisaslaşmış magistr təhsilinə malik mütəxəssis həmçinin FIVB Level II (Beynəlxalq Voleybol Federasiyası II səviyyə) sertifikatlı məşqçidir.

Marta Karrilyo statistik kimi ötən mövsümü Kolumbiyanın "Club Life Volley" komandasında keçirib. O, Perunun "Alianza Lima" və Kolumbiyanın "Bogota State Team" komandalarında da çalışıb.

Mütəxəssis 2020-2022-ci illərdə Meksika millisində statistik vəzifəsini yerinə yetirib.

Seçilən
41
33
sportinfo.az

10Mənbələr