AZ

Xaqan Əhməd "Shamakhi Open"ə qələbə ilə başlayıb

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" "Shamakhi Open" festivalı ilə davam edir.

İdman.biz xəbər verir ki, A turnirində 26, B turnirində isə 73 şahmatçı çıxış edir.

Əsas yarışda on iştirakçı birinci mərhələdə qələbə qazanıb. Onların arasında Vitali Bernadski (Ukrayna), gənc azərbaycanlı istedad Xaqan Əhməd, Xəzər Babazadə, Vüqar Manafov və başqaları var.

Qeyd edək ki, Xaqan Əhməd bir neçə gün əvvəl “Sheki Open”in qalibi olub.

İdman.biz

Seçilən
42
idman.biz

1Mənbələr