AZ

Türk ordusunun əsgəri Liviyada şəhid oldu

BAKI, TurkicWorld

Liviyada xidmət edən Türkiyə ordusunun pilotu Albay İsmail Haldun Madenin 27 iyun 2025-ci il tarixində ürək tutması nəticəsində şəhid olub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyənat yayıb.

Nazirliyin yaydığı rəsmi məlumatda qeyd olunub ki, Albay Maden qəfil ürək krizi keçirdikdən sonra dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Bizləri dərin bir kədərə boğan bu hadisədə şəhid olan əziz hərbçimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və qəhrəman millətimizə başsağlığı və səbir diləyirik”- deyə bəyənatda qeyd olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri BMT-nin tanıdığı Milli Həmrəylik Hökumətinə dəstək çərçivəsində Liviyada məhdud sayda hərbi heyətlə fəaliyyət göstərir.

Seçilən
8
turkic.world

1Mənbələr