AZ

XİN-dən İran səfirinin iddialarına cavab

Masallıda ölümlə nəticələnən qəza baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi "KİA Optima" markalı minik maşını "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər - Masallı rayonunun Ərkivan qəsəbə sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Həkimlərin səylərinə baxmayaraq, Şəhla Vəliyevanın həyatını xilas etmək mümkün olmayıb. 
Digər yaralıların müalicələri müvafiq şöbədə davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.(apa)

Seçilən
6
avtosfer.az

1Mənbələr